Aygün Rahimzadə

Sağlam Qidalanma Kouçu / Mentor
 

Aygün Rahimzadə balanslı qidalanma və sağlam həyat tərzi üzrə beynəlxalq təhsilli və 6 illik təcrübəyə sahib bir mütəxəssisdir.

3 il Avropada, 2 il isə Amerikada təhsil alıb həm nəzəri biliklər, həm də praktiki iş təcrübəsinə sahibdir. Bu illər ərzində yalnız elmi yanaşmaları deyil, eyni zamanda real həyat üçün effektiv, davamlı və sadə sistemlər quraraq 6 il ərzində 5500-dən çox insana İstər arıqlamaq, istər kökəlmək, istərsə də sadəcə enerji və həyat keyfiyyətini artırmaq üçün praktik və nəticəyönümlü proqramları ilə fərdi və marafon proqramları ilə dəstək olmuşdur. 

2020-ci ildən etibarən qida üzrə məsləhətçi (kouç) olmaq istəyən şəxslərə peşəkar biliklər öyrədərək onların şəxsi bizneslərini qurmasına kömək edir. Bu sahədə tədris etdiyi dərslər nəticəsində onlarla tələbə və mütəxəssis formalaşdırıb.

Azərbaycanda 50-dən çox, xaricdə isə 5 beynəlxalq sertifikatım var. Eyni zamanda, qidalanma sahəsində dünyanın nüfuzlu qurumlarından biri olan N1 Beynəlxalq Qidalanma Şirkətinin üzvüdür.

Əgər siz də balanslı qidalanmanı həyat tərzinə çevirmək, ya da bu sahədə professional olmaq istəyirsinizsə — doğru ünvandasınız.

 

Peşəkar fəaliyyətimə başlayanda bir şeyi çox yaxşı bilirdim: qidalanma sadəcə kalori saymaq və ya çəkini azaltmaq demək deyil. Qidalanma, həyat keyfiyyətimizi, özümüzə münasibətimizi və gündəlik enerjimizi birbaşa təsir edən əsas faktordur. Bu düşüncə ilə illərdir yüzlərlə qadının həyatında dönüş yaratmağa kömək etmişəm.

Missiyam — hər bir qadının və bəyin bədənini sevməyi, onu düzgün və balanslı şəkildə bəsləməyi öyrənməsi və eyni zamanda psixoloji və emosional ehtiyaclarını da nəzərə alaraq sağlam vərdişlər formalaşdırmasıdır.

Mənim proqramlarımda sadəcə pəhrizlər və qadağalar yoxdur. Burada gerçək həyat üçün uyğunlaşdırılmış, dadlı və doyumlu yeməklər, praktik məsləhətlər, özünə sevgi və qayğı prinsipləri var. İstər çəki atmaq, istərsə də enerji toplamaq və balanslı qidalanma öyrənmək istəyirsinizsə, burada doğru ünvandasınız.

Bundan əlavə, sağlamlıq sahəsində fərdi inkişaf, gözəllik və özünə qulluq mövzularına da toxunaraq qadınların həyatının hər sahəsində dəyişikliyə təkan verirəm.

Hazırda minlərlə insan sosial şəbəkələrdə, Telegram kanalımda və marafonlarımda mənimlə birlikdə bu dəyişimi yaşayır. Əgər siz də illərlə pəhrizlər arasında itirilib, artıq nəticə görmək istəyirsinizsə — birlikdə addımlayaq!