Əgər proqramın tapşırıqları yerinə yetirilirsə və davamlılıq varsa, nəticə əldə etmək qaçınılmazdır. Biz nəticə deyil, ömürlük dəyişikliyi hədəfləyirik.
Saytımızdakı “Əlaqə” bölməsindən və ya Instagram, Telegram kanallarımızdan birbaşa yaza bilərsiniz. Komandamız 24 saat ərzində cavab verir.
Qidalanma elmləri, kouçluq texnikaları, müştəri psixologiyası, online kouç biznesi qurmaq və praktiki təcrübə bölmələri yer alır. Sertifikat təqdim olunur.
Online ödəniş sistemləri və bank köçürməsi ilə rahat şəkildə ödəniş edə bilərsiniz. Təsdiq mesajı sizə göndərilir.
Xeyr, ödənişlər geri qaytarılmır çünki proqramın bütün materialları, planlar və dəstək sistemləri ilk gündən sizə təqdim olunur. Lakin xüsusi hallarda proqram tarixini dəyişmək mümkündür.
Proqramlarımız əsasən 18 yaşdan yuxarı şəxslər üçün nəzərdə tutulub. Lakin 18 yaşdan az yeniyetmələr və uşaqlat üçün valideyn nəzarəti və razılığı olduqda fərdi yanaşma ilə proqram tərtib edilə bilər. Bu halda, şəxsin sağlamlıq vəziyyəti, böyümə prosesi və gündəlik rejimi xüsusi olaraq nəzərə alınır
Əlbəttə. Əvvəlcədən sağlamlıq vəziyyətiniz sorğulanır və uyğun olmayan qidalar çıxarılaraq alternativlər təklif olunur.
Bəli, hamiləlik və laktasiya dövrü üçün təhlükəsiz və balanslı qidalanma planlarımız var.
Əzələ artımı, yağ yandırılması və enerji bərpası üçün idman növünə uyğun proqram təqdim edirik. Qida əlavələri tövsiyələri də daxildir.
Bu proqram həm daxildən (qidalanma ilə), həm də xaricdən (gündəlik rutin və maskalarla) dərinin vəziyyətini yaxşılaşdırmağa yönəlib. Hər kəsin dərisinə uyğun tərtib olunur.
Davamlılıqla 2-3 həftə içində üz cizgilərində yumşalma, şişkinliyin azalması və dərinin parlaqlığında artım müşahidə olunur.
Face Yoga üz əzələlərini aktivləşdirərək dərinin yaşlanmasının qarşısını alır, qan dövranını artırır və təbii lifting effekti yaradır. 15 dəqiqəlik günlük məşqlərlə nəticə görmək mümkündür.
Bu, tamamilə fərdi yanaşmaya bağlıdır. Bəzilərinə 3 əsas yemək yetərlidir, bəziləri üçün isə 5-6 kiçik porsiya daha effektivdir. Bunu proqramda birgə müəyyən edirik.
Sənə uyğun kalori ehtiyacı, gündəlik menyular, alternativ seçimlər, reseptlər, yemək saatları və su balansı tövsiyələri daxildir.
Bəli, fərdi konsultasiyalar tam online keçirilir – videozəng və ya yazılı formatda. Əsas odur ki, sən rahat hiss edəsən.
Bəli, sağlam və balanslı şəkildə əzələ və çəki artırmaq üçün xüsusi proqramlarımız var. Qidalanma planı və əlavə dəstək daxil olur.
Sosial şəbəkə hesablarımız və veb sayt vasitəsilə qeydiyyat linki ilə müraciət edə bilərsiniz. Ödəniş etdikdən sonra proqram məlumatları sizə göndərilir.
Bəli! Biz “diyet” anlayışından uzaq dururuq. Sənə uyğun həyat tərzinə uyğun qidalanma öyrədirik, yəni məhdudiyyət yox, balans ön plandadır.
Marafonlarımız 10 və ya 21 günlük proqramlardır. Arıqlamaq, kökəlmək və ya balanslı yemək öyrənmək istəyən hər kəs üçün uyğundur. Gündəlik tapşırıqlar, reseptlər və dəstək qrupu daxil olur.
Qidalanma planları hər kəsin bədən tipi, həyat tərzi, məqsədi və sağlamlıq vəziyyəti nəzərə alınaraq tam fərdi şəkildə hazırlanır. Heç bir “hazır dieta” verilmir.