Aygün Rahimzadə

Ərzaqlar:
Kəsmik 100 qr.
Yağsız süd 50 ml.
Şəkər əvəzedici 1ç/q.
Kokteyl 3-4 ölçü qaşığı
Yulaf 2 qaşıq
Zövqə görə: qaysı və kişmiş
İçliyi üçün:
Banan 1 ədəd

Hazırlanması:
Kəsmiyin üzərinə süd əlavə edib çəngəllə əzilir. Üzərinə şəkər əvəzedici, Formula 1 kokteyli, yulaf, zövqə görə kişmiş və doğranmış qaysı əlavə edib qarışdırdırılır. Alınan qatı kütlə streç falqa üzərinə sərilir, ortasına banan qoyulub kolbasa formasında bükülür. Soyuducuda saxladıqdan sonra, doğrayıb servis edə bilərsiniz!
Nuş olsun 😍