
Tərkibi:
• 500 q badımcan
• 250 q pomidor
• 300 q göbələk (təzə və ya dondurulmuş)
• 200 q 10%li xama
• 100 q az yağlı holland pendiri
• 3 ədəd sarımsaq
• duz
Hazırlanması:
- Badımcanları yuyub, 1 sm qalınlığında halqa- halqa doğrayın;
- Yaxşıca duzlayıb 30 dəqiqə saxlayın (acılığı çıxması üçün);
- Sonra badımcanları soyuq suda yuyun;
- Pomidorları halqa-halqa doğrayın;
- Göbələkləri kəsərək dilimləyin;
- Sarımsaqları xırda-xırda doğrayın;
- Xamanı sarımsaqla qarışdırın;
- Pendiri sürtgəcdən keçirin;
- Badımcanları bişirmək üçün qaba düzüb duzlayın;
- Badımcanların üstüne göbələkləri düzün;
- Göbələklərin üstünə pomidorları düzün;
- Üzərini xamayla yağlayın;
- Üstünə pendiri səpib sobaya verin;
- 180°də 30-35 dəqiqə bişirin.
Süfrəyə verərkən üzərinə göyərti tökə bilərsiniz. Nuş olsun!