
Tərkibi:
• 500 q toyuq filesi
• 1 ədəd kök
• 1 ədəd baş soğan
• 100 q kələm
• 1 ədəd yumurta
• 70 q az yağlı holland pendiri
• ədviyyatlar
Hazırlanması:
Toyuğu xırda xırda doğrayın, soğanı və kökü sürtgəcdən keçirin. Hamısını bir qaba töküb yumurta ilə birlikdə qarışdırın, ədviyyatlarını da əlavə edib soba tavasına düzün. Üstünə kələm düzüb və üzərinə pendiri sürtgəcdən keçirib sobaya verin. 40 dəqiqə 180°-də bişirin. Nuş olsun!