Aygün Rahimzadə

Xəmiri üçün:
200 qr. kəsmik 0.5%
1 yumurta
1 ç/q. soda
1 ç/q. şəkər əvəzləyici
1 paket vanil
8 ölçü qaşığı kokteyl (vanil və ya şokolad)

Kremi üçün:
100 qr. süd (0%) + 2-3 ölçü qaşığı kokteyli qarışdırıb krem halına gələnə qədər çalın.

Hazırlanması:
Xəmir üçün olan bütün ərzaqları qabda qarışdırın. Hazır xəmirdən dairələr hazırlayın. Əvvəlcədən əllərinizi su ilə nəmləndirin ki, xəmir əlinizə yapışmasın. Selikon xalça və ya yağlı kağız sərilmiş listə düzüb, 160° temperaturda 20 deq. bişirin. 
Soyuduqdan sonra üzərinə krem çəkib, doğranmış fındıq və ya badamla bəzəyin! 🥯
Nüş olsun! 😇

Qeyd: Bu qədər ərzaqdan 5-6 ədəd çıxır.
1 ədədində - 93 kkal var 🤗