
Tərkibi:
1 stəkan yaşıl mərci
0.5 stəkan noxud
1 ədəd pomidor
1 ədəd balaca soğan
1 çay qaşığı zeytun yağı
Zövqə görə duz, quru nanə, kəklikotu, limon suyu ( istəyə görə nar dənələrini də əlavə edə bilərsiniz )
Hazırlanması :
Yaşıl mərci və noxud qaynadılıb, soyudulur, suyu süzülür. Üzərinə pomidor və soğan incə - incə doğranılaraq əlavə edilir. Sonda zeytunyağı, limon suyu ( nar dənələri ), kəklikotu və nanə bir kiçik qabda qarışdırılaraq salata əlavə olunub, süfrəyə verilir.
Nuş olsun !