Aygün Rahimzadə

Qırmızı lobya - 500 q
Baş soğan - 2 ədəd
BADAM - 50 q
Keşniş - 5-10 ədəd (saplaq)
sarımsaq - 3 diş
duz,istiot - zövqə görə
duru yağ - 2-3 x.q

Hazırlanması:
- Lobyanı axşamdan yuyub, suda isladırıq
- Səhər Lobyaya duz əlavə edib, bişiririk
- soğanı təmizləyib, kvadrat şəklində xırda-xırda doğrayırıq duz,istiot səpirik və qızılı rəng alana qədər qovururuq
- lobyanın suyunu süzüb, soğana əlavə edirik və 5-7 dəq qovururuq (çalışmaq lazımdır ki, lobyalar əzilməsin)
- badami xırda-xırda doğrayırıq
- qaba lobya-soğanı və badami tökürük
- üzərinə xırda doğranmış keşniş, əzilmiş sarımsaq və nar dənələrini əlavə edirik
- yaxşıca qarışdırıb süfrəyə veririk.
Soyuq şəkildə də süfrəyə vermək olar.