Aygün Rahimzadə

Həm doymaq həm də piylərinizi yandırmaq istəyirsizsə bu şorba tam sizlikdir ! 
Tərkibi:
- 1 ədəd orta ölçülü kabaçki (selulitin 1 nömrəli düşməni)
- 1 ədəd yaşıl şirin bibər
- 1 x.q yaşıl mərci (yalnız yaşıl, qırmızı olmaz)
- 1 x.q bulğur
- 1 ədəd balaca qırmızı soğan
- 2 x.q zeytun yağı
- 1 ç.q toz zəncəfil
- 2 stəkan su və ya bulyon.
Hazırlanması: - yaşıl mərci və bulğur öncədən isladılır, bibər və soğan doğranır, sonra kabaçkidən başqa bütün inqridientlər 2 stəkan su və ya bulyonda qaynadılır. Sonda kabaçki əlavə edilir və 3-4 dəq ərzində bişirilir. Bişdikdən sonra zeytun yağı və 1 ç.q toz zəncəfil əlavə edilərək blenderdən keçirdilir. Servis edərkən cəfəri və ya şüyüd istifadə edə bilərsiz.
✅ Şorba həm metobolizmi sürətləndirir, həm piyləri yandırır həm də doyumludur. Odur ki, yaydır demədən sağlam şorbalar hazırlayıb için.