
Tərkibi:
• 1 kök
• 1 soğan
• 200 q toyuq qiyməsi
• 300 q yaşıl lobya
• 2 x.q Herbalife Reyhanlı tomat supu
• duz, ədviyyatlar Qeyd: Toyuq qiyməsini evdə hazırlanması daha məqsədəuyğundur ki,tərkibində əlavə piy və digər qatqıların olmadığından əmin olasınız.
Hazırlanması:
1. Yaşıl lobyanı qaynadırıq
2. Köklə soğanı birlikdə yağsız formada qızardırıq
3. Qiyməni əlavə edirik
4. Lobyanı qızardılmış qiymə,kök və soğan qarışımının üzərinə əlavə edirik
5. Reyhanlı tomat supunu 1.5 stəkan su ilə qarışdırıb hazırladığımız qarışımın üzərinə tökürük
6. Duz və ədviyyatlar əlavə edib 15-20 dəqiqə bişiririk.
Nuş olsun!