Aygün Rahimzadə


Şəkərsiz, Yumurtasız, Laktozasız.

Tərkibi:

* Vanil kokteyli- 4 qasiq
* Qabartma tozu - 1 ç/q
* Fruktoza - 90 qr 
* kokos yağı - 50 qr
* Kokos südü - 150 qr
* Vanil ekstraktı - 1/2 çay qaşığı
* Qurumeyvə, badam, tum qarışığı (zövqünüzə görə) - 20 qr (kişmiş, ərik qurusu, balqabaq tumu və s.)

Hazırlama prosesi:

• Sobanı alt üst rejimdə 170 C qədər qızdırın
• Quru inqrediyentləri bir-birinə qatın və yağı da əlavə edib çox xırda hissəciklər/qumlu formaya qədər yaxşıca qarışdırın (əl və ya mikserlə)
• Daha sonra süd və vanil əlavə edib qarışdırıcı ilə qarışdırın
• Alınmış xəmirə doğranmış qurumeyvə/ qoz/ tum əlavə edin və sonra 15-16 sm diameterdə bişirmə qabı/ halqasına qoyub sobaya yerləşdirin
• 30 dəqiqə 170 C dərəcədə bişirin
• Sonra taxta çöpü keksə batırıb bişdiyinə əmin olun. Çöp quru qalmalıdır. Keksdən çıxaranda yaş olsa, əlavə 5-10 dəqiqə də bişirin.

Qelyenaltiya hazirlayib 2 dilim yeye bilersiz. Sizə dadlı və xoş çay süfrəsi arzulayıram! ❤️😋