Aygün Rahimzadə

Tərkibi
Mal əti – 500 qr.
Şirin bolqar bibəri – 2 ədəd
Badımcan – 1 ədəd
Baş soğan – 1 ədəd (iri)
Şüyüd – yarım dəstə
Alça qurusu – bir ovuc
Duz – zövqə görə
Hazirlama qaydası:

Əvvəlcə ət bişirilir, kəfi yığılır. Badımcanın qabığı soyulur və duzlanır ki, acısı çıxsın.
Qazana əvvəlcə halqa formasında doğramış soğan, sonra ət, bolqar bibəri, badımcan dilimləri düzülür, bir neçə dənə alça turşusu atılır.
Sonra ətin bulyonu süzülür, yağ əlavə edilir və buğlama tam hazır olana yaxın doğranmış şüyüd qatılır, oddan götürülür